Stress və tükənmə hissini unudun!
Stressin və həddən artıq yorulmanın psixoloji və fiziki simptomlarının qarşısının alınması və yüngülləşdirilməsi üçün preparat.
Haqqında
Vitango® stress və tükənmə zamanı ikiqat təsir!
Hər bir kəs stresslə üzləşir. Xroniki stress insanı taqətdən salır, enerjisini və gücünü əlindən alır. Stressin fəsadları hamıya məlumdur – diqqəti cəmləmək getdikcə çətinləşir, iş qabiliyyəti azalır, yuxu pozulur, baş və kürək ağrıları yarana bilir. İmmunitet zəifləyir, bunun nəticəsində insan soyuqdəymə xəstəliklərinə və xroniki xəstəliklərin kəskinləşmələrinə meylli olur. Daxili gərginlik sağlamlıq üçün həqiqətən təhlükəli olan həddədək artır. Stressin məhvedici təsirindən necə xilas olmaq olar, bunun üçün etibarlı bir vasitə varmı?

Amma çıxış yolu var!
Bu - Vitango® preparatıdır.
Üstünlükləri
Yüksək keyfiyyət
Stressin fəsadlarının profilaktikası və müalicəsi üçün Almaniya istehsalı olan standartlaşdırılmış adaptogen preparat WS® 1375.
Bitki tərkibi
Preparatın əsasını–yüksək fiziki, əqli iş qabiliyyəti və orqanizmin immuniteti üçün stimullaşdırıcı vasitə olan Çəhrayı rodiola (Rhodiola rosea L.) təşkil edir.
Effektivliyi
Preparat stressin bütün əlamətlərini tədricən aradan qaldırır, diqqət cəmləməni bərpa edir, iş qabiliyyətini və həyat keyfiyyətini yaxşılaşdırır.
Suallar
Vitango® nədir?
Vitango® – stresslə mübarizə aparmaq üçün Almaniya istehsalı olan innovasiyalı təbii preparatdır. Yorğunluq, tükənmə hissi, qıcıqlanma və gərginlik kimi stressin həm psixoloji, həm də fiziki simptomlarını aradan qaldırır.

Vitango® stressin psixoloji və fiziki cəhətlərinə unikal ikili təsirə malikdir:

  • stress hormonlarının səviyyəsini azaldır
  • enerji metabolizmini artırır
Vitango® necə təsir edir?
    • Həyəcan, qıcıqlanma, gərginlik hisslərini effektiv şəkildə azaldır.

    • Vitango® qəbul edildikdə yorğunluq və tükənmə keçib gedir.

    • Orqanizmin mənfi təsirlərə qarşı dayanıqlığını artırır.

    • Xroniki yorğunluğun həm psixoloji, həm də fiziki simptomlarını aradan qaldırır.

    • Daxili nəzarət hissini və enerjini, fiziki və əqli iş qabiliyyətini artırır.

    • Cəld klinik təsir göstərir.

    • Yuxululuq və alışqanlıq yaratmır, ləğvetmə effekti yoxdur.

    • Yüksək təhlükəsizlik profilinə malikdir və uzunmüddətli istifadə zamanı orqanizm tərəfindən yaxşı keçirilir
      Vitango® istifadəsinə göstərişlər hansılardır?
      Vitango® istifadəsi onun, stress vəziyyətlərində hormonal mübadiləni normallaşdırmaq xüsusiyyətləri ilə tam təsdiqlənir, bunun nəticəsində həblərdən stress əleyhinə, antioksidant və adaptogen vasitə qismində istifadə edilir.

      Müayinədən sonra həkim aşağıdakı hallarda Vitango® həblərini təyin edir:

      • həddən artıq yorğunluq
      • nevrozlar
      • vegetativ damar distoniyası
      • qıcıqlanma
      • əsəbilik
      • yüklənmə və stresslər səbəbindən yaranan gərginlik və digər reaksiyalar.
      Vitango® tərkibi nədir?
      Vitango® – Çəhrayı rodiola Rhodiolarosea köklərinin ekstraktıdır (WS® 1375).

      Bu bitkinin xalq arasında digər adları da vardır – Qızıl kök, Tibet jenşeni, Çəhrayı kök, Sibir jenşeni. "Qızıl kök" adı bitkiyə bürünc və ya sədəf parıltılı köhnə qızıl suyu rəngində olan kökünə görə verilmişdir. Çəhrayı rodiola bitkisi Tibetdə çoxdan, 400 ildən artıq müddət əvvəl məlum olmuşdur. Lakin onun özü, bitdiyi yer haqda biliklər yerli sakinlər tərəfindən gizli saxlanılırdı. Belə bir inanc vardır ki, Qızıl kökü tapan şəxs 2 əsr ərzində sağlam və xoşbəxt yaşayacaqdır.

      Çəhrayı rodiola jenşendən heç də geri qalmayan adaptogen - dərman vasitəsi kimi qiymətləndirilir.

      2005-ci ildə Ümumdünya səhiyyə təşkilatı Çəhrayı rodiolanı "həddən artıq əqli və fiziki işlə əlaqədar olan stressin və yorğunluğun azaldılması üçün profilaktik və bərpaedici agent" qismində qəbul etmşdir.
      Vitango® necə qəbul edlməlidir?
        • Vitango® 18 yaşdan etibarən qəbul edilir.
        • Vitango® gündəlik dozası 400 mq-dır. 1 həbdən gündə 2 dəfə qida qəbulundan 30 dəqiqə əvvəl təyin edilir. Birini səhər yeməyindən, digərini isə nahardan əvvəl bir stəkan su ilə qəbul etmək lazımdır.
        • Tonuslandırıcı vasitə olaraq Vitango® günün sonunda qəbul etmək tövsiyə edilmir.
        • Vitango® uzunmüddətli müalicədə istifadə etmək olar və alışqanlıq yaratmır.
        • Tam effektli təsir göstərməsi üçün Vitango® ən azı 1-2 həftə ərzində qəbul etmək lazımdır.
        Vitango® istehsalçısı kimdir?
        Vitango® fitoterapiya sahəsində dünya lideri olan Almaniyanın Dr.Willmar Schwabe Pharmaceuticals şirkəti istehsal edir. Dərman preparatlarının istehsalı zamanı şirkət dərman xammalının becərilməsindən tutmuş hazır dərman formalarınadək tam istehsal dövrəsini həyata keçirir. Preparatlar üçün ekstraktlar ən müasir əczaçılıq texnologiyalarından istifadə edilməklə hazırlanır.

        Schwabe yüksək keyfyyətli fitopreparatlar istehsal edir. Bu isə o deməkdir ki, bitki xammalının keyfiyyətinin yüksək olması mütləqdir. Schwabe bu məsələni özünün Almaniyada, Fransada və Amerika Birləşmiş Ştatlarında yerləşən plantasiyalarının yaradılması yolu ilə həll edir.
        Vitango® qəbul etmək kimlərə tövsiyə edilmir?
        Uşaqlara və 18 yaşına çatmamış yeniyetmələrə Vitanqonu qəbul etmək tövsiyə edilmir.
        Həmçinin hamiləlik və döşlə əmizdirmə dövründə qadınlara məsləhət görülmür.

        Vitango® haradan almaq olar?
        Vitango® Azərbaycanın bütün ərazisindəki apteklərdə satılır.
        Bizimlə əlaqə
        © 2017 Все права защищены. Регистрационное свидетельство DV № 16 - 00391 от 14.11.2016
        © Alpen Pharma AG Azerbaijan. 2017. Bütün hüquqlar qorunur
        Qeydiyyat şəhadətnaməsi DV № 16 - 00391 от 14.11.2016